Rusiya Federasiyası FTX Sverdlovsk vilayətində müdafiə müəssisəsinin rəhbərlərindən birinin avtomobilini partlatmağa hazırlaşan Ukrayna hərbi kəşfiyyatçısını məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti və Ukrayna millətçi terror təşkilatının üzvü olan 1984-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Müəyyən edilib ki, terrorçu öz kuratorlarının göstərişi ilə Sverdlovsk vilayətinin müdafiə müəssisəsinin yüksək vəzifəli işçilərindən birinin avtomobilini partlatmaq üçün əldəqayırma partlayıcı qurğu hazırlayıb”, - İƏM məlumat yayıb.
O, anbara əldəqayırma partlayıcı yerləşdirən zaman saxlanılarkən silahlı müqaimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib.
Hadisə yerindən patronları olan “Makarov” tapançası, yüksək güclü radio ilə idarə olunan PUA, o cümlədən terror aktının hazırlanmasını təsdiq edən yazışmalar olan rabitə vasitələri götürülüb. Onun yaşadığı ünvanda və qarajda aparılan axtarışlar zamanı partlayıcı maddələrin və partlayıcı qurğuların hazırlanmasına dair təlimat və komponentlər aşkar edilib.
“Terrorçuya qanunsuz fəaliyyətdə köməklik göstərən şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür”, - FTX qeyd edib.
E.ŞİRİNOV