FTX Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birlikdə Afrikadan Avropa İttifaqı ölkələrinə qanunsuz miqrasiya kanalının qarşısını alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“İstintaqın məlumatına görə, regionlararası mütəşəkkil cinayətkar qruplaşmaya etnik ukraynalılar, nigeriyalılar, həmçinin Rusiya vətəndaşları daxil olub”, - deyə İƏM-in məlumatında bildirilir.

Mütəşəkkil cinayətkar qrupun təşkilatçısı RUDN Mühəndislik Akademiyasında baş müəllim vəzifəsini tutan Nigeriya vətəndaşı P.Lumumbadır.

“Hazırda bu qrupun təşkilatçısı və beş fəal iştirakçısı saxlanılıb”, - FTX əlavə edib ki, onlara qarşı istintaq hərəkətləri aparılır və barələrində qabaqlayıcı tədbirlər görülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN