Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Antiterror əməliyyatının ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin hər zaman əziz tutulacağı əminliklə qeyd olunub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN