Çili prezidenti Qabriel Boric Braziliya və Hindistana 2025-ci ildən gec olmayaraq BMT Təhlükəsizlik Şurasında daimi üzvlük statusu verilməsini istəyib.

“Mən islahatlar üçün vaxt çərçivəsi təyin etməyi təklif edirəm ki, BMT 80 illik yubileyini qeyd edərkən, Latın Amerikasının nümayəndəsi kimi Braziliya, Hindistan və ən azı bir Afrika ölkəsi Təhlükəsizlik Şurasında yer alsın. İradəsizlikdən başqa, buna heç bir maneə yoxdur", - o, BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr çərçivəsində çıxış edərkən bildirib.

Hazırda BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir, onlardan 5-i (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) daimi üzvdür, 10-u isə iki il müddətinə üzv seçilir. Baş katib Antonio Quterreş bəyan edib ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini tanıyır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Qərb dövlətləri hesabına deyil, Asiya, Afrika və Latın Amerikası nümayəndələrinin hesabına genişləndirilməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA