2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Tezadlar.az xəbər verir ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb.

Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.

Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən edilib.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN