İsrail ordusu və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İordan çayının qərb sahilində keçirilən reydlər zamanı terrorla əlaqədə şübhəli bilinən 10-a yaxın şəxs saxlanılıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 TEZADLAR.AZ xəbər veriri ki, həbslər oktyabrın 8-nə keçən gecə İordan çayının qərb sahilinin müxtəlif ərazilərində, o cümlədən Qəlandiya şəhərində həyata keçirilib.

Həbs zamanı şübhəlilərdən 5 silah, o cümlədən hərbçilərin fikrincə, terror fəaliyyətini maliyyələşdirmək üçün nəzərdə tutulmuş pul vəsaitləri götürülüb.

Ordudan verilən məlumata görə, İsrail hərbçiləri Hebron yaxınlığındakı Əl-Arrub fələstinli qaçqın düşərgəsində reyd zamanı təhlükəsizlik qüvvələrinə içərisində yandırıcı qarışıq olan butulkalar atmaq istəyən iki fələstinliyə atəş açıblar.

 İsrail tərəfdən itkilər barədə məlumat yoxdur.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN