“Polis şəhəri” layihəsi çərçivəsində 1000-dən çox polis əməkdaşı yeni tikilən binalarda mənzil alacaq.

Amma bu açarlar Gürcüstanda təqdim ediləcək... Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə "Gürcü arzusu"nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib. Onun sözlərinə görə, həm polis, həm də yanğın-xilasetmə xidmətində maddi-texniki baza əhəmiyyətli dərəcədə yenilənəcək, infrastruktur inkişaf etdiriləcək.

Hökumət rəhbəri bildirib ki, polis məsələsində ötən illər ərzində infrastrukturun inkişafı ilə bağlı çox işlər görülüb və burada infrastrukturun inkişafı ilə bağlı konkret planlar var.

Azərbaycanda da oxşar layihələrin həyata keçirilməyinə dəyər. Düzdür, bizdə polis əməkdaşlarına ipotekalardan yararlanmaq imkanı verilir, amma bu hər polisə də nəsib ola bilmir. Çünki şərtlərdə ağırlıq var... Axı polis təkcə ictimai asayişi qorumur, həm də lazımi məqamda Azərbaycan dövlətçiliyini qoruyur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN