"Yaxın günlərdə Gürcüstan məsələsi Avropa Parlamenti və liderləri tərəfindən müzakirə olunacaq".

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski deyib. O bildirib ki, Gürcüstan məsələsinin müzakirə olunması yaxşı əlamət deyil: "Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstanla bağlı müsbət qiymətləndirmənin olması ehtimalı azdır. Avropa İttifaqının Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalı çox azdır. Yaxın günlərdə Gürcüstandakı cari vəziyyət 27 üzv ölkə arasında müzakirə olunacaq. Oktyabrın 8-də Gürcüstanla bağlı parlament debatı keçiriləcək və Aİ-nin Ali Nümayəndəsi həmin debata çıxış üçün dəvət edilib. Oktyabrın 14-də isə Aİ-nin xarci işlər nazirlərinin iclası keçiriləcək və Gürcüstan rəsmi şəkildə görüşün gündəliyinə əlavə edilib", - deyə səfir qeyd edib. Parvel Herçinski Aİ-nin genişlənmə hesabatının Gürcüstandakı seçkilərdən bir neçə gün əvvəl dərc ediləcəyini bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN