Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə ötən gecə saat 22 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Kəlbəcər rayon sakini 27 yaşlı Elçin Bayram oğlu Xıdırov “Vito Mercedes” markalı maşınla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağsu rayonunun Kəndoba kənd sakini 53 yaşlı Səfa Balakişi oğlunu İbadovu vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb. Onun cəsədi müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN