Dünən Rusiyanın paytaxtı Moskvada müflis olmuş “Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirildiyi barədə məlumat vermişdik.

Bugünkü məlumatda isə bildirilir ki, Yaxontovlar ailəsinin qətliylə bağlı Azərbaycan vətəndaşının adına olan “Hyundai Solaris” avtomobili axtarılır.

"MK"-ya istinadən məlumata görə, həmin maşın əvvəllər bankçılıqla məşğul olan Mixail Yaxontovun yaşadığı evin qarşısında kameralar düşüb.

Qeyd edək ki, 38 yaşlı Azərbaycan vətəndaşının adına olan maşının taksi kimi istifadə edildiyi deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN