Bakıda qaçırılan yeniyetmə qız tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Dünən xəbər verdiyimiz kimi, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınmışdı.

Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmışdı.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN