Bakının Xocalı Prospektinə paralel olan Mehdi Mehdizadə küçəsi ilə Natiq Əliyev küçələrinin kəsişməsində (Neft-Kimya Prosesləri İnstitunun arxası) bu dəqiqələrdə qeyri-adi avtoqəza baş verdi.

Hadisə yerində olan "Təzadlar"ın əməkdaşı bildirir ki, "M.Mehdizadə küçəsi ilə paytaxtın mərkəzi istiqamətində hərəkət edən "CİP" avtomobilinin sürücüsü idarəetməni itirərək (ətrafdakıların dediyinə görə, telefonda vatsap yazışması ilə məşğul olduğundan) avtomobili yol kənarındakı səki dirəyinə çırpdı. Bu zaman avtomobil yerində dövr edərək arxası üstə aşdı. Xoşbəxtlikdən digər avtomobillərə zərər, digər yol iştirakçılarına xəsarət yetirilmədi və sürücü isə ətrafdakıların köməyi ilə maşından sağ-salamat çıxarıldı".

Bax belə! Sürücülər, idarəetmə zamanı telefonda vatsap yazışmasına, telefon danışmaqlarına son verin, yoxsa... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN