Nəhayət, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sabah, 13 yanvar tarixində keçiriləcək məhkəmə prosesində iştirak edəcəyini açıqlayıb. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Saakaşvili həbsxanadan ünvanladığı məktubunda qeyd edib. Onun sözlərinə görə, məhkəmə prosesi zamanı Dövlət Müfəttişliyi ətrafında baş verən hadisələrlə bağlı çıxış edəcək; "Mənim işimlə bağlı obyektiv qərar qəbul edildikdən sonra Dövlət Müfəttişliyi vəzifəsi qanunla ləğv edildi, ardından dünən şəhər “məhkəməsi” də mənim işimlə bağlı Dövlət Müfəttişliyinin qərarını ləğv etdi. “Tülkü öz quyruğunu şahid elan etdi" deyirlər, elə bu “hakimiyyət” və onun məhkəməsi də məhz belədir. Sabah, günün birinci yarısında “məhkəmə”yə gedəcəyəm və sözümü deyəcəyəm. Saat 13:00-da görüşəcəyik",-deyə Saakaşvilinin məktubunda qeyd edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN