Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində fərdi evdə yanğın olub.

Rusiya mətbuatına istinadən xəbərə görə, yanğın nəticəsində dörd azyaşlı uşaq həlak olub.

İlkin məlumata görə, uşaqlarla birgə ana da olub. Hazırda ananın yeri müəyyənləşdirilir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başlanıb.

Müstəntiqlər uşaqların ölüm səbəblərini və alovun mənbəyini müəyyən etmək üçün məhkəmə-tibbi və yanğın-texniki ekspertizalar təyin edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN