Mənfur qonşularımız olan erməniləri bütün cəhətləri ilə-hiyləgərlikləri, riyakarlıqları, etibarsızlıqları, qədirbilməzlikləri,  ikiüzlülükləri ilə, bəlkə də daha çox zalımlıqları və qəddarlıqları ilə tanıyanlar “Ən yaxşı erməni ölü ermənidir”, “İnsan erməni ola bilər, erməni insan ola bilməz” (K.Marks), “Bu dünyanın əhriməni ermənidir, erməni” (Sədi)... demişlər. Bəli, erməni adlanan məxluq özlərini dünya xalqlarına belə tanıdıblar.

Uşaqlıq illərimdə eşitdiyim deyimlə ifadə etsək, bu “süysünü əyri, yerəbaxan murdarlar” ən sonda - hər iki Qarabağ müharibəsində xalqımıza, türk-müsəlman əhalisinə qarşı qəddarlığın son həddini göstərdilər. Özü də dinc əhaliyə - qadınlara, uşaqlara, qocalara qarşı. Onlar nə qədər zalım olduqlarını daha çox Xocalıda nümayiş etdirdilər... Düşmən 44 günlük müharibədə Gəncəni, Bərdəni  və eləcə də döyüş bölgəsindən uzaq olan digər yaşayış yerlərimizi, oradakı dinc əhalini hədəf seçdilər.

Vətən müharibəsində ermənilərin ən çox raket atəşinə məruz qoyduqları şəhərlərimizdən biri də Tərtər idi. Həmin günlərdə dinc əhali içərisində yüzlərlə şəhidimiz olmuşdur  ki, onlardan biri də Orucov Pərviz Novruz oğlu idi.

Pərviz Tərtər rayonunun Mamırlı kəndində 10 iyun 1989-cu ildə anadan olmuşdu. Əla qiymətlərlə orta məktəb qurtarmışdı, ali təhsil almışdı. Bacısı Fərqanəyə yeganə qardaş idi. Ailə firavanlığında vətənpərvər,  xeyirxah, necə deyərlər, ağıllı, tərbiyəli böyümüşdü. Elə onun bu cəhətləridir şəhidliyindən sonra sevənlərinin, tanıyanlarının, el-obasının onu unuda bilməməsinin əsas səbəbi. Pərviz yana-yana sevdiklərimizdən biridir...

Pərviz Novruz oğlu hərbi xidmətindən sonra Tərtər şəhərində bank işində əmək fəaliyyətinə başlamışdı. İnsanlara əl tutmaq, yaxşılıq etmək, yardımçı olmaq Pərvizin əxlaq göstəricisi idi. Arzularının çiçəkləndiyi dövrdə el-obasına arxa olmağı bacaran gənc Pərviz yaxın qohumunun dəfn mərasimində düşmən mərmisinə hədəf oldu. 15 oktyabr 2020-ci ildə Pərviz şəhid olmaqla iki övladını - qızı Alinin, 2 yaşlı oğlu Aminin taleyinə atasızlıq qismətini qoyub bu dünyaya əlvida dedi.

Pərvizin atası Vətən müharibəsindən 4 il əvvəl dünyasını dəyişmişdi. Bundan sonra anası Dilruba müəllimə ömrünün qalan hissəsindəki arzularını yeganə oğlu Pərvizin adı ilə qururdu. Ancaq təəssüflər olsun ki, sözün bu yerində “sən saydığını say, gör fələk nə sayır” deyimini xatırlamalı oluram...

İndi Dilruba xanım nakam məhəbbət taleli gəlini Nigar və kiçik yaşlı nəvələri ilə birlikdə Pərvizsizlik taleyini yaşamaqdadırlar. Allah səbr və dözüm versin.

Bu dünya fanidi, yalandı, Pərviz!

Puç oldu ananın arzu-diləyi,

Yıxıldı qalası, uçdu dirəyi,    

Odlandı sinəsi, yandı ürəyi-

Bir acı xəbərdən talandı, Pərviz!

Bu dünya fanidi, yalandı, Pərviz!

 

Soyuna, kökünə oğul gəlmişdin,

Oğul olub həsrət, nisgil silmişdin,

Bir deyimi ömür boyu bilmişdin-

İnsandan yaxşı ad qalandı, Pərviz!

Bu dünya fanidi, yalandı, Pərviz!

 

Dara düşənlərin dadına yetdin,-

Adına yaraşan oğulluq etdin.

Qönçə arzuların açanda getdin...

Dərd dərdin üstünə qalandı, Pərviz!

Bu dünya fanidi, yalandı, Pərviz!

 

Anan da, bacın da... səni sevənlər-

İndi həsrətindən qara geyənlər.

Sənə yuxusunda ata deyənlər

Oğlundu, qızındı-balandı, Pərviz!

Bu dünya fanidi, yalandı, Pərviz!

 

Sadiq qalıb sevdiyinin adına-

“Pərviz!”- deyib hər gün yanıb oduna.

Nakam sevgisini hər gün yadına

Ağ saçlı bir gəlin salandı, Pərviz!

Bu dünya fanidi, yalandı, Pərviz”

 

İnsan dərd əlindən yorulub gedir,

Göz yaşı axıdıb durulub gedir...

Dünyamız beləçə qurulub gedir-

Bir gün verdiyini alandı, Pərviz!

Bu dünya fanidi, yalandı, Pərviz!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN