Rusiya Federasiyasının silahlı qüvvələri “xüsusi əməliyyat” zamanı Ukraynanın hərbi infrastrukturunun 118 obyektini sıradan çıxarıb.

Bu barədə  Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bu gün jurnalistlərə bildirib.

O, dünən axşam saatlarında 83 obyektin istismardan çıxarıldığını söyləmişdi.

"Xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 118 hərbi obyektini sıradan çıxarıb. Onların arasında 11 hərbi aerodrom, 13 komanda məntəqəsi və USQ-nin rabitə mərkəzləri, 14 S-300 və Osa zenit-raket kompleksləri, 36 radar stansiyası var”, - deyə Konaşenkov bildirib.

Xatırladaq ki, Ukraynaya hücumdan bir neçə gün əvvəl,  Rusiya Prezidenti Vladimir Putin qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nın (LXR) müstəqilliklərini tanıyıb.

Dünən səhər saatlarından isə Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara start verib. Rusiya Prezidenti Vladimir Putin bunu Donbassda yaşayan əhalini qorumaq üçün "xüsusi əməliyyat" adlandırıb. 

Müharibə isə can almaqda davam edir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN