İmişli sakinləri yeni icra başçısı Elçin Rzayevdən narazılıq edirlər.

Sakinlər adından yerli mətbuata ünvanlanan şikayətdə bildirilir ki, onlar yerlərdəki özbaşınalıqlarla bağlı dəfələrlə icra başçısına müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülmür.

Sakinlər yazırlar ki, onların başçı ilə görüşməsi problemə çevrilib, demək olar, mümkün deyil.

Qeyd edək ki, İmişli rayon Yalavac kənd sakinlərinin əsas narazılıqları yerli bələdiyyə və icra nümayəndəsinin özbaşınalıqlarındandır. İddia edirlər ki, kəndin torpaq sahələri qanunsuz olaraq kənar şəxslərə satılıb. Bununla bağlı aidiyyəti qrumlara etdikləri şikayətlərinə isə baxan yoxdur.

Sakinlər bildirir ki, Vilyam Hacıyevin vaxtında da belə idi, indi də belədir: "Vilyam Hacıyev getdi, amma problemlər yerində sayır. Belə demək mümkünsə, Elçin Rzavey də Vilyam Hacıyevin yolunu gedir..."

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN