Yaponiya qəzeti “Mayniti”  Ukrayna uğrunda döyüşməyə hazır olan yapon könüllüləri haqqında məlumat yayıb.

Tokiodakı Ukrayna səfirliyində olan mənbənin məlumatına görə, Yaponiyadan olan 70-ə yaxın könüllü, o cümlədən özünümüdafiə qüvvələrinin 50 keçmiş hərbçisi Ukrayna hakimiyyətinin çağırışına səs  verərək, beynəlxalq legion sıralarına qoşulmaq istəklərini bildiriblər.

Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk “Xalq Respublikalarının”  suverenliyinin tanınması haqqında fərmanlar imzalayıb, fevralın 24-də isə Ukraynanın demilitarizasiyası üzrə “xüsusi  hərbi əməliyyatın” başlandığını elan edib.

Artıq Ukraynada 6 gündür ki, dəhşətli müharibə gedir. Çoxlu sayda ölənlər və yaralananlarvar. Onların arasında mülki şəxslər, həmçinin16 nəfər isə uşaq var. Ölkəyə külli miqdarda ziyan dəyib. Lakin Ukrayna xalqı döyüşür və gələcəyə inamla dözür.

Qeyd edək ki, ölkə başçısı Volodimir Zelenski fevralın 27-də əcnəbilərdən ibarət hərbi hissənin yaradılmasını elan edib.

Belə görünür ki,  müharibə hələ davam edəcək. Və dünya ölkələrindən Zelenskinin çağırışına, Ukraynanın harayına səs verən könüllülərin sayı günbəgün  artarsa, Beynəlxalq Legion öz sözünü deyəcək...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN