Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Lənkəran Hərbi, Lerik və Astara rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, görüş zamanı Baş prokuror cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

Qeyd edək ki, Kamran Əliyev martın 11-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN