""Ruslar özlərinkini atmırlar!" frazası  bir qədər fərqli məna kəsb edir."

Rusiyalı siyasətçi, senator Lyudmila Narusova “Roskomnadzor”un Ukraynadakı hadisələri işıqlandırarkən, yalnız rəsmi Rusiya mənbələrindən istifadə etmək tələbini tənqid edib.

“Artıq bir həftəyə yaxındır ki, Ukraynada həlak olan və əsir düşən rusiyalı əsgərlərin foto və videoları bütün dünyanı gəzir. Ukrayna hərbçiləri əsir düşənlərə qohumları ilə ünsiyyət qurmaq imkanı verir. Bütün dünyanın bunu gördüyünü, amma nədənsə rusiyalıların  görmədiyini təsəvvür etsəniz, bu, sadəcə olaraq dəhşətdir”, - deyə bildirib.  

Narusova bildirib ki, “ana elə anadır, hətta onun oğlu qarətçi və ya qatil olsa belə”.

O, qeyd edib ki,  Rusiya Federasiyasının ali hərbi rəhbərliyi israrla bildirir ki, Rusiya hərbçiləri arasında praktiki olaraq heç bir itki yoxdur.

“Əslində isə, cəmi üç günlük Rusiya-Ukrayna müharibəsindən sonrakı reallıq rusiyalı hərbçilər üçün o qədər dəhşətli idi ki, həlak olanların cəsədləri tarlalarda tökülüb qalmışdı. Təbii ki, ukraynalılar dünyanın ən yaxşı xalqı kimi hər şeyi edirdilər ki, hətta düşmən anaları da öz övladlarını insan kimi dəfn edə bilsinlər.

Onların rəsmiləri hər gün Rusiyanın ali hərbi-siyasi rəhbərliyinə müraciət edərək, minlərlə ölmüş rusiyalının cəsədini vətənlərinə çatdırmaq üçün heç olmasa, Beynəlxalq Qırmızı Xaç təşkilatına icazə verilməsini xahiş edirdilər. Ukrayna Müdafiə Nazirliyi Ukraynada hərbçiləri ilə əlaqəni itirmiş Rusiya vətəndaşları üçün qaynar xətt yaradıb. Ancaq bircə cavab var idi – rusiyalılar Ukraynada itki vermir”- deyə bildirib.

Xatırladaq ki, Lyudmila Borisovna Narusova 1951-ci ildə Bryanskda (RF) anadan olub. O, 2000-ci ildə ürək çatışmazlığından dünyasını dəyişən Sankt-Peterburqun meri Anatoli Sobçakın həyat yoldaşı olub – Kseniya Sobçakın isə anasıdır.

2022-ci ilin fevralında Vladimir Putin DXR və LPR-nin müstəqilliyini tanıdığını elan edəndə Narusova Ukraynanın şərqində özünü elan etmiş respublikalarda rus ordusunun istifadəsini dəstəkləmədi.

Həmçinin onu da xatırladaq ki, bir neçə il öncə məşhur azərbaycanlı neftçi - geoloq Fərman Salmanovun xatirəsini əbədiləşdirmək üçün  Surqutdakı aeroporta onun adının verilməsinə, məhz Lyudmila Narusova narazılıq etmişdi, halbuki Surqut əhalisi bu təklifi dəstəkləmişdi.

Lakin onun etirazına baxmayaraq, Surqutdakı aeroporta əfsanəvi neftçi-geoloq Fərman Salmanovun adı verildi.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN