Ərazi Tikinti - Planlaşdırma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri"nin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.

Tenderin qalibi "İnşaat Servis - 2" şirkəti olub. Məlumata görə, Ərazi Tikinti -Planlaşdırma Mərkəzi qalib şirkət ilə məbləği 3 milyon 500 min manat olan müqavilə imzalayıb.

Xatırladaq ki, "İnşaat Servis - 2" şirkəti bundan əvvəl də Gəncədə dağılan evlərin bərpası ilə bağlı tenderi qazanmışdı. Amma...

Məsələ ondadır ki, evləri düşmən hücumundan zərər görmüş gəncəlilər sözügedən şirkətin fəaliyyətindən heç də razı qalmayıblar.

Belə ki, 44 günlük müharibədə evi dağılan Gəncə sakini, 1-ci Qarabağ müharibəsi veteranı, hazırda təqaüddə olan sabiq polis əməkdaşı Sərdar Əzizov şikayətində Vətən müharibəsində raket mərmisindən dağılan evinin “İnşaat Servis-2” MMC tərəfindən təmir olunmasını istəmirdi.

Qeyd edək ki, "İnşaat Servis - 2" şirkətindən narazı qalan vətəndaş yalnız S.Əzizov deyildi.

Belə olan təqdirdə ortaya sual çıxır: aidiyyəti qurumlar niyə yenə də Gəncənin bərpasını narazılıqlar yaradan şirkətə həvalə edir?

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN