İmişli rayonunun Qızılkənd kənd sakini Zamanov Həsən Fərhad oğlu 44 günlük Vətən müharibəsi iştirakçısıdır.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir.

Qarabağ Qazisi redaksiyamıza ünvanladığı müraciətində yazır: "Mən 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı və qazisiyəm. Ağ ciyərimdən yaralanmışam. Partlayış "travma"sı olub. Üzvü emosianal labil pozuntusu, şəxsiyət pozuntusu, üzvü disseosativ pozuntusu ilə 14B, 83B maddəsinə əsasən diaqnoz qoyulub. Amma çox təəssüf ki bu günə kimi əlilliyim təyin edilmir".

H.Zamanov müraciətinin sonunda aidiyyəti qurum rəhbərlərindən ona kömək edilməsini, əlillik dərəcəsinin verilməsini xahiş edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN