Azərbaycanda tanınmış şirkətə cərimə protokolu yazılıb.

Məlumata görə, "Veysəloğlu” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icaatına verilib. Məhkəmə iclası martın 31-nə təyin edilib.

Bu xətaya görə, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 məbləğində cərimə edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN