Dünən Çinin Quansi-Çjuan muxtar bölgəsində qəzaya uğrayan "China Eastern Airlines" aviasiya şirkətinə məxsus "Boeing 737" təyyarəsindəki sərnişinlərin nə ölüsü, nə də dirisi tapılmayıb.

Dəqiqləşdirilib ki, təyyarədə 132 nəfər olub. Onlardan 123-ü sərnişin, 9-u ekipaj üzvü imiş. Hadisə yerində xilasedicilər qəzaya uğramış təyyarənin qalıqlarını tapsalar da, nə sağ qalanlar, nə də ölənlərin cəsədləri hələ də tapılmayıb.

Qəza yerində yalnız sərnişinlərin yanmış şəxsiyyət vəsiqələri, pulqabı və digər əşyaları aşkar edilib. Ərazinin dağlıq olması axtarış işlərində böyük çətinliklər yaradır.

 Qeyd edək ki, ÇXR-nın Quansi- Çjuan muxtar bölgəsinin Uçjou əyalətinin Ten mahalında qəzaya uğrayan “Boeing”, həm də meşə yanğınına səbəb olub.  Qəza yerinə 450 yanğınsöndürən göndərilib. Onlar “Boinq”in qəzaya uğraması nəticəsində yaranan meşə yanğınını söndürə biliblər.

 Flightradar24 saytının məlumatına görə, təyyarə təxminən 8,9 kilometr yüksəklikdə uçarkən qəfil hündürlüyünü və sürətini itirməyə başlayıb.

 Bu hadisə Çində son 11 ildən çox vaxt ərzində baş vermiş ən ağır təyyarə qəzasıdır.

 Nə hakimiyyət orqanları, nə də aviaşirkət qəzanın səbəbləri ilə bağlı, hələlik heç bir versiya açıqlamayıb. Mütəxəssislər hesab edirlər ki, təyyarə kruiz hündürlüyündə mühərrik nasazlığı səbəbindən qəzaya uğramış ola bilər.

Xatırladaq ki, bu təyyarənin yaşının yeddi ildən az olduğu, aviaşirkətin onu 2015-ci ildən istismar etdiyi məlum olub.

 Qeyd edək ki, ABŞ Mülki Aviasiya Administrasiyası “Boeing 737” təyyarəsinin qəzaya uğramasının araşdırılmasında Çinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Sərnişinlərin axtarışları isə davam edir.

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:

https://www.youtube.com/shorts/3230epxHyGk

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN