Rusiyaya məxsus helikopter Xarkov Vilayətində - Malaya Roqan yaxınlığında, səhvən Rusiya qoşunlarının mövqelərini atəşə tutub...

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Administrasiya rəhbərinin sözlərinə görə, hadisə səhər saatlarında baş verib və helikopter Rusiyanın xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

“Məhz bu kafirlər, Xarkov şəhərini artilleriyadan və MLRS-dən davamlı atəşə tutublar. Ümid edirik ki, bu, rusiyalı işğalçıların son özünüməhv hadisəsi deyil”, - deyə Sinequbov vurğulayıb.

Xatırladaq ki, Ukrayna MN-nin məlumatına görə, bu gün Xarkov istiqamətində Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın Su-34 qırıcısını da vurub.

Hələki Rusiya tərəf itkiləri barədə məlumat vermir...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN