Çində qəzaya uğrayan "Boeing 737"nin bütün sərnişinlərinin və ekipaj üzvlərinin öldüyü elan edilib.

Çin televiziyasının yaydığı məlumata görə, Çində qəzaya uğrayan Boeing 737-nin bütün 123 sərnişini və 9 ekipaj üzvü həlak olub.

Mütəxəssislər bunu, qəzaya uğrayan təyyarənin göyərtəsindəki 120 nəfərin DNT-nə görə müəyyən edə biliblər.

Xatırladaq ki, 5 gün əvvəl Çinin Quansi-Çjuan muxtar bölgəsində, "China Eastern Airlines" aviasiya şirkətinə məxsus "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Qəzadan sonra ərazidə meşə yanğını baş verib. Ümumilikdə 132 nəfərin olduğu təyyarədə nə sağ qalan, nə də ölən tapılmışdı.

Bu hadisə Çində son 11 ildən çox vaxt ərzində baş vermiş ən ağır təyyarə qəzasıdır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN