Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə ifadə verən zərərçəkmiş Leyla Yusifova bildirib ki, lombarda bir neçə dəfə qızıl girov qoyub, əvəzində pul götürüb.

"Sonuncu dəfə də gedib pul götürdüm. Pulu ödədim, amma qızılları götürə bilmədim. Maqsud özü də orada idi. O dedi, 10 gün sonra qızıllarımı qaytardılar. Heç bir şikayətim yoxdur", - deyə zərərçəkmiş bildirib.

Vəkilin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, qızıllarını ödəyəndə bildiriblər ki, qızıllar bankadır: "Mənə dedilər ki, qızıllar bankda girovdadır. Mən də dedim ki, mən banka girov qızıl qoymamışam. Lombardda Maqsudu tanımamışam, onunla heç bir söhbətim olmayıb. Fikirləşməmişəm ki, bu lombard kimindir. Orada qızlar vardı, onlarla iş görürdüm. Vaxtında faizlərimi ödəmişəm".

Maqsud Mahmudov isə bildirib ki, zərərçəkmiş istintaqa yalan ifadə verib: "Xanım deyir ki, polisə gedəndən iki-üç gün sonra məni orada görüb. Amma həmin vaxt mən Azərbaycanda olmamışam. Zərərçəkmişlər öyrədilir".

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Xatırladaq ki, iş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN