Ağdamda 54 yaşlı kişi arxda boğularaq ölüb.

Hadisə rayonun Rzalar kəndində baş verib.

Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb.

Nəticədə, köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.

Yaxınlarının verdiyi məlumata görə, o, fiziki qüsurlu olub.

Faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN