"Ruslar işğal etdikləri şəhər və qəsəbələrdə mülki adamları, rəsmi şəxsləri oğurlayıb naməlum istiqamətə aparırlar..."

Ukraynanın sosial şəbəkə istifadəçilərinin belə statuslarına tez-tez rast gəlmək olur... Bu dəfə isə Xerson vilayətinin Tavriysk şəhərinin meri Nikolay Rizak rus hərbçiləri tərəfindən qaçırılıb. Bu barədə isə Tavriysk şəhər ərazi icması məlumat yayıb. “Aprelin 1-i axşamdan bəri Tavriysk şəhərinin meri Nikolay Rizakın harada olması barədə heç bir məlumat yoxdur, o, rus hərbçiləri tərəfindən saxlanılıb. Hara aparıldığı da bilinmir...".

Artıq Ukraynanın aidiyyəti qurumları işə başlayıb. Sülh danışıqlarının indiki mərhələsində rus hərbçilərinin belə hərəkətləri dünya ictimaiyyəti tərəfindən də aqressiv qarşılanır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN