2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan ordusu və Ermənistan hərbi birləşmələri arasında hərbi münaqişə baş vermişdir. Tarixə bu döyüş əməliyyatı Zəfər müharibəsi və ya Aprel döyüşləri kimi düşmüşdür.

Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır.

Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini azad etmişdir. Aprel döyüşləri zamanı strateji əhəmiyyətə malik yüksəkliklər düşməndən azad edilmişdir. Bu 4 günlük savaş 44 günlük Vətən müharibəsinə aparan uğurlu bir yol idi.

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun 94 hərbi qulluqçusu şəhid olmuş, 144 hərbi qulluqçusu yaralanmışdır. Düşmən tərəf bu döyüşlərdə 350 nəfər itki və 500 nəfərdən çox yaralı vermişdir.

Bu döyüş əməliyyatlarında Qaradağ rayonu üzrə 45 nəfər iştirak edib. Onlardan 1-şəhid olub və 5 qazimiz var. Şəhidimizə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun və İcra Hakimiyyəti aparatının məsul şəxsləri ilə bərabər qazilərimiz və şəhid ailəsi ilə görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış etdikdən sonra qazilərin və şəhid ailəsinin problemləri və onları narahat edən məsələlər araşdırılıb.

Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN