İtaliyada rusiyalı teleaparıcı Vladimir Solovyovun villası yandırılıb.

İtaliyada Komo gölünün sahilində rusiyalı teleaparıcı Vladimir Solovyovun villasında yanğın baş verib. Xilasedicilər tez bir zamanda yanğını söndürüblər. İlkin araşdırmaya görə, ev yandırılıb. Bu barədə Corriere della Sera məlumat yayıb.

Naməlum şəxslər təkərlərdən istifadə edərək Solovyovun villasını yandırmağa cəhd ediblər.

Qeyd edək ki, ev artıq İtaliya hökuməti tərəfindən rus oliqarxlarına qarşı iqtisadi sanksiyalar çərçivəsində müsadirə edilib.

Xatırladaq ki, Ukraynaya hücüm etdiyinə görə Rusiyaya tətbiq edilən sanksiyalar siyahısında  oliqrxların, şirkətlərin və Ukrayna əleyhinə çıxış edən ayrı-ayrı şəxslərin də adı var. Onlardan biri də Vladimir Solovyovdur. Ukrayna əleyhinə çıxışlarına görə Kanada hakimiyyəti tərəfindən də sanksiya tətbiq edilib və Aİ adını “qara siyahı”ya salıb, həmçinin İtaliyada qiyməti 100 milyon avrodan çox olan yaxta və villaları müsadirə edilib.

Bir müddət əvvəl isə  “YouTube” də aparıcının “Solovyev Live” kanalını bloklayıb.

Xatırladaq ki, teleaparıcı həmişə Azərbaycan əleyhinə çıxışları və ermənipərəst mövqeyi ilə “məşhur” olub. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN