Bu gün erməni vəhşiliyinin və qaniçənliyinin bariz nümunəsindən olan Ağdaban soyqırımının ildönümüdür.

Tezadlar.az bildirir ki, soyqırımın baş verməsindən 30 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər. Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

*** 

Ermənistanın törətdiyi Ağdaban faciəsi Xocalı soyqırımından sonra mülki əhaliyə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biridir. Ağdaban sakini R.Hüseynov "Təzadlar"a bildirib ki, ermənilərin törətdiyi bu vəhşilikdən sonra kəndin əhalisinin sağ qalan hissəsi qarlı dağlardan keçərkən soyuqdan ağır xəstəliyə tutulublar, sonradan onların bəziləri dünyasını dəyişmişdir. "Biz silahsız idik deyə, ermənilərə qarşı heç bir müqavimət göstərə bilmirdik, gücümüz xilas olmağa çatırdı... Bir çoxumuz gülləbaran edildi, öldürüldü. Bu bəşəriyyətin ən böyük faciələrindən-soyqırımlarından biri idi... Gec də olsa, ermənilər ordumuzun sayəsində layiq olduğu cəzasını aldı, Kəlbəcər azad edildi...".

Elçin Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN