Possovet mənəvi cənubuna nə vəd edir?

(Əvvəli ötən sayda)

Nəticə etibarıyla isə, Gürcüstanda Avropa qarşısında götürülmüş öhdəliklər təməllərində, Gürcü xalqının bir qafqazlı mənəvi-əxlaqi mentallığına baxmayaraq, məhz, ona xas xüsuslar üçün nəzərdə tutulmuş proqramlara əsasən leqallaşdırmalar mərhələlərlə davam etdirilərək cəmiyyətinin üzərinə yürüdülür. Lakin bu durumun cəmiyyət təbəqələri ilə birbaşa təmaslandırıldığı hallarda isə, Tiflisdə 1 iyul, 5 və 7 iyul 2021-ci il  tarixlərində keçirilməsi nəzərdə tutulan ənənəvi “Prayd həftəsi” (bərabərlik və insan hüquqlarına həsr edilmiş tədbir) olaraq, Gürcüstan LGBT Birliyinin (KVİR Birliynin) ingiliscə;) lesbiyanlar, geylər, transgender şəxslər və s. seksual azlıqlar birliyi) təşkilati dəstəyi ilə Avropa geylərinin üryan nümayişi zamanı baş vermişdi Və bu nümayişi qorumalı olan şəhər inzibati orqanları ilə əhalinin son dərəcə ciddi toqquşmaları kimi hallar Gürcüstan hökumətinin nəzərindən qaçmadı. Nəticədə, Gürcüstan “Provaslav Valideynlər İttifaqı” təşkilatının törətdiyi bu iğtişaşlarla 5 iyul tarixində nəzərdə tutulmuş Gey-Parad baş tutmadı. Heç şübhə yoxdur ki, bu kimi qarşıdurma halı bir dəfə təzahür edə bilər və bu bir dövlət xətti olaraq, gələcəkdə təmin edilmə öhdəliyi qarşısında leqallaşdırmalar güc tətbiq edilməklə də, olsa mütləq qaydada təmin ediləcəkdir.     

Bu da qeyd edilməlidir ki, possovet məkanı dövlətləri ilə cəbhələşən Avropa ilə yanaşı, eyni zamanda Amerika LGBT-sinin islam ölkələrinə təcəlliləri də xüsusi yer almaqdadır. Türkiyə Cumhuriyyəti rəsmi olaraq Avropaya inteqrasiyadan imtina etməsi nəticəsi olaraq, hədəfdə olan Türkiyəyə dişi batmayan Avro-Amerikan Gender Binarizmi, Onu yanda buraxaraq, Yaxın və Orta Şərqdə ilk öncə İranın və sonra da Səudiyyə Ərəbistanının əxlaq kodekslərini dəyişməyə kurs götürmüşdür... Və artıq bir sıra “nailiyyətlər” qazanmaqdadır. Avropaya gəldikdə isə, əslində, onun müəyyən etdiyi növbə hədəfində bu və ya digər aspektlərdən sosial-mənəvi özəlliklərə məxsus postamental-monolit cəmiyyət quruluşlarına malik ilk-əvvəl Azərbaycan və daha sonra Orta Asiya respublikaları durur və eləcə də, Azərbaycan və Qazaxstan bu mənada onun üçün xüsusi əhəmiyyət kəsb edir.

“... Bu kimi hal özünü Azərbaycanın AŞ-na tam hüquqlu üzv olması (bax: 17/01/2001 tarixli AŞ Nazirlər Komitəsinin (AŞNK) qərarı) prosesləri boyunca keçdiyi mərhələlər sənədləşmələrində də özünü ciddi biruzə verir. Belə ki, AŞNK-nın 2014-cü il Vyanada keçirilmiş 124-cü Sessiyasında AŞNK-ya sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Sədrlik dövründə Azərbaycanın prioritetləri aşağıdakılar olmuşdur:

İdman oyunlarının saxtalaşdırılması da daxil olmaqla, korrupsiyaya qarşı mübarizə istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vasitəsi ilə qanunun aliliyinin gücləndirilməsi;

  1. Qarşılıqlı hörmət və anlaşma üzərində qurulmuş mədəni cəhətdən müxtəlif cəmiyyətlərin gücləndirilməsi;
  2. Sosial birlik və sosial davamlığın təmin edilməsi: kövrək qrupların hüquqlarının daha da səmərəli müdafiəsi;
  3. Gənclərin insan hüquqları və demokratik vətəndaşlıq sahəsində təhsilinin təşviqi; məsuliyyətli və təhsilli gənclər nəslinin formalaşdırılması və onların öz hüquqlarından istifadə imkanlarının təmin edilməsi.

2014-cü ilin aprel ayında Aİ və AŞ arasında insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində Şərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova respublikası və Ukrayna) ilə əməkdaşlıq layihələrinin icrasına dair razılığa gəlinmişdir. İlk öncə Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi (Proqrammatic Cooperation Framework), 2017-ci ildən etibarən isə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (Parthershipfor Good Goverenance - PGG) adlanan bu təşəbbüsdə Aİ əsas donor, AŞ isə layihələri həyata keçirən təşkilat qismində çıxış edir. Sözügedən təşəbbüs çərçivəsində bir sıra regional və ikitərəfli layihələr icra olunmuşdur. PGG-nin birinci mərhələsi (PGG I) 2017-ci ildə başa çatmış, həmin ilin sonunda qalan büdcə hesabına bu təşəbbüsün daha bir illik uzadılması qərara alınmışdır.

PGG-nin birinci mərhələsində ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə, kibercinayətkarlıq, insan hüquqları sahəsində maarifləndirmə, yerli özünüidarəetmə, ifadə və media azadlığı, penitensiar sistemdə islahatlar, gender bərabərliyi və s. sahələr üzrə bir çox regional və ikitərəfli layihələr həyata keçirilmişdir.

2018-ci ildə PGG-nin 2019-2020 illəri əhatə edəcək ikinci mərhələsi (PGG II) üzrə Aİ tərəfindən müsbət qərar verilmiş, ikinci mərhələdə həyata keçiriləcək layihələr üzrə işə başlanmışdır. Belə ki, ölkəmiz üzrə milli səviyyədə 3, regional səviyyədə də 4 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr aşağıdakılardır.

Milli səviyyədə:

  1. Çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin qaytarılmasının (assetrecovery) gücləndirilməsi;
  2. Azərbaycanda məhkəmə sisteminin səmərəliyi və keyfiyyətinin artırılması;
  3. Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlığın artırılması... (bax: https://mfa.gov.az/az/category/regional-teskilatlar/azerbaycan-avropa-surasi-as)”

“... Azərbaycanın AŞ-a üzvlüyündən sonrakı dövr ərzində AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilir... (bax: https://azertag.az/xeber/Azerbaycanin_Avropa_Surasina_tamhuquqlu_uzv_qebul_olunmasindan_19_il_otur-1395714)” (Qeyd: Mətnlər orjinaldan verilir.)

Rəsmi saytlardan iqtibas gətirilmiş bu mətnlər boşuna verilməmişdir. Ölkəmizin vaxtında qəbul etdiyi düzgün qərarlarla AŞ-a üzvlüyü, hətta ikili standartların yaşadıldığı bir dövrdə belə, Onun Qarabağ həqiqətlərini AŞ kürsülərindən dünyaya çatdırılması üçün idi. Lakin bunun müqabilində ölkəmiz zaman-zaman qarşısına qoyulmuş öhdəliklər paketlərinin həmli altına məruz qalmışdır. Əslində, həmin “öhdəliklərdə” seçilərək təqdim edilmiş və LGBT maraqlarındakı mənəviyyatsızlığı diktə edən prioritet məqsədlər istiqamətindən və “idman oyunlarının saxtalaşdırılmasına, çirkli pulların yuyulmasına qarşı mübarizə və s.” kimi bayağı anturaj mətn ballastlarından birbaşa bəlli olur ki, hədəfdə insan hüquqları deyildikdə, kişilər qarşısında heç də zəif qadın cifti hüquqlarındakı gender bərabərliyi anlamı nəzərdə tutulmur. Gündəmdə məhz ictimai deyil, “... 2. Sosial birlik və sosial davamlığın (müəllifdən; ictimai durumgətirmənin) təmin edilməsi; kövrək (müəllifdən; hələ ki, Azərbaycanda “ürkək”) qrupların hüquqları”nın, bütövlükdə isə, “trans-binar institutların” və onların leqallaşdırılmasına yardım mexanizmlərinin gücləndirilməsi anlamındakı “gender bərabərliyi” nəzərdə tutulur.

Əslində, həmin dövrdə Azərbaycan Dövlət Rəhbəri qarşısında bir sıra götürülməsi vacib sayılan və ciddi ilkin öhdəliklər qoyan Avropa institutları tələblərinin heç biri, Milli Öndər Heydər ƏLİYEV dühasının təmkini və tədbiri nəticəsində, sonda həyata vəsiqəsini ala bilmədi.

İlk əvvəl, Bakıda olmaqla; “Gey-Panelizm”in leqallaşdırılması, biabırçı “boz dövrü məybuat”ın daha da genişləndirilməsi, Prezidentin xüsusi xidmət strukturunun ləğvi və s. bu kimi ağır tələblər bu məcmuya daxil idi. Qeyd olunmalıdır ki, Azərbaycan Avropa qarşısında kiçik dövlət olsa da, Onun güclü, uzaqgörən və milli mentallığımızın dəyərlərini bilən, Rəbbi qarşısında bir müsəlman olaraq ALLAH üçün dinini yaşayan, əxlaqına qədr verən, xalqı üçün milli mənəviyatının qiymətini bilən lideri - Ulu Öndərin qətiyyəti ilə, qarşısında qoyulmuş bütün tələblərə nəinki yaşıl işıq verilmədi, hətta, üstəlik, o dövrədək 90-lardan fəaliyyət göstərən “Kokteyl” flirt qəzeti də, birdəfəlik qapadıldı.

Qeyd olunması zəruridir ki, Ulu Öndər`in seçdiyi həmin “sakit əks-həmlə ideoloji xətt”i, xələfi - Ölkə Prezidenti cənab İlham ƏLİYEV tərəfindən bu gün də, davam etdirilməkdədir. 5-6 il bundan öncə Azərbaycanın dövlət və hökumət orqanlarında çalışan trans-yedintiklərin və onların yüksək rütbəli yaxınlarının və eləcə də, kütləvi olaraq din pərdəsi altında toplanmış radikal məzhəbçilərin bəlli olan qisminin məsul vəzifələrdən uzaqlaşdırılması buna misaldır. Məqamını da, xüsusi vurğulamaq lazımdır ki, Avro-Amerikan LGBT təsisləri çevik siyasət yürüdərək və beynəlxalq maliyə institutlarının olduqca iri kapital vəsaitlərinə istinad edərək, bir sıra beynəlxalq idman və kütləvi mədəni tədbirlərin kelirilməsi proseslərini insan hüquqları və bərabərlikləri siyasəti çərçivələrində məhz, bu egida altına salmaqla, bu kimi proseslərin bütün dünyaya geniş inteqrasiya olunması kursunu götürmüşlər. Avrovizion musiqi və bir sıra beynəlxalq idman yarışları da, LGBT bayrağı altında keçirilməsinə və həmin tədbirlərdə kifayət qədər dünya aseksuallarının və gender-kvirlərinin iştirak etmələrinə baxmayaraq, bu da sağlam haldır ki, paytaxt Bakıda onlara məxsus heç bir kütləvi tədbirlərinin keçirilməsinə icazə verilmədi və indi də, verilmir!   

***

Sanırıq ki, bu yazı ilə cəmiyyətimizdə və elmi ictimayətimizdə bir qayda olaraq qabardılmayaraq, yanda buraxılan bu məsələ ilə bağlı mövcud durumun problemlər təsnifatına tərəfimizdən kifayət qədər ətraf verildi. Və eyni zamanda da, sanırıq ki, Azərbaycanda liberal fəaliyyət yönlü siyasi partiya liderlərinin və işbazlarının fahiş məslək və əqidələr üzərindən aldıqları və onlardan tələb olunan prinsiplər yönündə soyuqqanlıqla icra etdikləri qrant layihələrinin yönləndirdikləri ideoloji-siyasi və milli-əxlaqi fəaliyyət xəttləri dövlət orqanları tərəfindən ciddi təhqiq edilməlidir.

İlk-əvvəl, Uca ALLAH`ın bütün bəşərə nazil etdiyi dini-islami qadağaları ilə hüdudlanan tövhid əhkamlarının, milli-mənəvi dəyərlərimizin, intizam-əxlaq kanonlarımızın, Azəri-Türk mentalitetimizin təəsübkeşliyi mövqelərini; qərbin rüsvayçı LGBT birliklərinin, bu kimi dəyərlərimizi hədəfə götürdüyü qrantlarına dəyişən liberal simasızların hansı birinin könlü xoş olar ki, sabah onun boya-başa çatdırdığı gənc oğul övladı, Avropanın hansısa, boynuyoğun Robert`inin və ya Qebert`inin, rəsmən nigah olunmaqla yatağına gəlin getsin? Bəli, unutmayın ki, indi asanlıqla həzm etdiyiniz qrantlar həmin boynuyoğunlar tərəfindən “sizlərə” məhz, bunun üçün verilir.

Yenə də, hesab edirik ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi sahəsində Qərbin bu rəziledici mənəvi təcəlliləri və “Dəccalın gəlişi”nə xidmət edən şeytani “Tranş-Bel-Zavul Texnologiyaları” zəhərinə qarşı, Azərbaycan Respublikasının “ideoloji durumgətirmə” və “əks-təsir sosial-mənəvi ideoloji doktrinal siyasəti”, eləcə də, “milli əxlaqi-irsi kodeks normaları” və s. kimi qabaqlayıcı strategiyası - o cümlədən, normativ-hüquqi və normativ-sosialoji baza aktları işlənməlidir. Sanırıq ki, bu kimi fəaliyyətin ən ümdə, egidası - Azərbaycan Respublikasının Prezidenti yanında “İdeoloji Araşdırmalar Mərkəzi” və eləcə də, kifayət qədər təsirli olacağı düşünülən “Milli-Mənəvi İrsin Senzurası İnstitutu” təsisləri həyata keçirilməlidir. Bu sahədə, Gürcüstan prototiplərində; məhz, dövlətin qrant dəstəklərinə dirsəklənən ictimai birliklərdən tutmuş, dini qurumlarımızla iş üzrə orqanların fəaliyyəti də, istiqamətləndirilməli və aktivləşdirilməlidir.     

Sonda, kişilər qarşısında “gender bərabərliyi” tələb edən qadınlara, analara müraciət edirəm: “Sizə vəd edilən “gender bərabərliyi” anlayışı hüquqlarınızın bərabərliyi üçün deyil; adı sizin olsa da, aidiyyəti “kvir identiklərin (gender kvirlərin)” gender bərabərlikləri, cəmiyyətdəki sivil-vətəndaşlıq konsensuslarında məhz, onların hüquq və bərabərliklərinin qorunması zəminlərindədir!”

Tövhid üzərindən ümmətlərə Səmavi Sühuflarda nazil olunmuş haqqlara əsasən bu da, bəllidir ki, açıq zinanın, eyş-işrət əxlaqsızlığı və mənəviyyatsızlığının tüfyan edəcəyi son vədələrdə; “ana və oğul” şəhvətinin ayıb sayılmayan könüllü qarşılığı baş verməyincə “Qiyamət Qopmaz!”

Üzümü hamıya tuturam!, Azərbaycan anası, Azəri qadını, bir alim kimi toxunmağı özümə borc bildiyim, çoxlarının isə, birmənalı olaraq yayındığı bu taleyüklü və həssas mövzu üzərindən müraciət Sizədir - “Baltikyani ölkələrin, Ukrayna və Gürcüstanın; Sovetlərdən sonrakı bu mövcud mənəvi-əxlaqi durumuna yaxşı-yaxşı bax, qərbin israrla atdığı tilovlarındakı bu “yem” tələsinə düşmə! Şeytani xilqətlərdən ailəni, artırdığın nəslini qoru, Uca ALLAH`ın təqdirinə yol aç və bununla da, “gender” deyil, məhz, “transgender bərabərliyi” şərini üzərimizə daşıyan qlobalist-Dəccal`çı xislətlərdən də, münəzzəh ol!”

Bəli, “ALLAH Qüdrətlidir. Müdrikdir”, və çoxsaylı Qur`an ayələrində Vurğuladığı kimi “O, hər şeyi Biləndir”!

B.R.R. Elşad Ə. HÜSEYNOV

(Ph.D., dosent) 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN