Litva Gürcüstan hökumətinə sabiq prezident Mixeil Saakaşvili ilə bağlı müraciət ünvanlayıb.

Litva  KİV-nin yaydığı xəbərə görə, Litva parlamentinin (seymi) xarici əlaqələr üzrə komitəsinin yaydığı bəyanatda  bildirilib ki, Litva hazırda həbsdə saxlanılan və ciddi sağlamlıq problemləri olan sabiq prezident Mixeil Saakaşvilinin təcili olaraq müalicəsi üçün Avropa ölkələrinə köçürülməsi barədə Gürcüstan hökumətinə müraciət edir.

***

Xatırladaq ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılaraq həbs olunub. O, hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanadadır.

Qeyd edək ki, Mixeil Saakaşvili həbsinə etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirimiş və bu da onun orqanizmində ciddi fəsadlara səbəb olmuşdu. Dəfələrlə vəkilləri onun həbsxana xəstəxanasında deyil, başqa klinikada müalicə olunması üçün Gürcüstan hökumətinə müraciət etmişdilər. Saakaşvilinin azadlığa buraxılması üçün müxalifət partiyalar da etiraz aksiyaları keçirir, onun azadlığa buraxılmasının tələb edirdilər.

Həmçinin ötən ilin oktyabrında dünyanın müxtəlif ölkələrindən olan 72 siyasətçi də Saakaşvilinin azad olunması üçün Avropa Şurasına, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinə məktub göndərmişdilər.

Bir müddət əvvəl Saakaşvili Avropa İnsan Haqları Məhkəməsinə penitensiar müəssisədə onunla pis rəftar edildiyi və düzgün müalicə olunmadığı barədə şikayət etmişdi, lakin Avropa Məhkəməsi onun şikayətini baxılan işlərin siyahısından çıxarıb...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN