"Birinci Qarabağ müharibəsi əlillərinə, onların vəfat edənlərinin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar" mövzusunda keçirilən brifinqdə deyib.

Nazir müavininin sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq.

Xatırladaq ki, müvafiq fərman ötən ilin dekabr ayında imzalanıb.

Qeyd edək ki, hazırda siyahıların dəqiqləşdirilməsi həyata keçirilir.

Belə ki, təyinatlarla bağlı yaxın zamanlarda elanın verilməsi nəzərdə tutulur və yaxın iki ayda prosesin başa çatıdırılaraq ödənişlərin verilməsi planlaşdırılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN