Bərdədə Heydər Əliyev Mərkəzində "Müzəffər Ali Baş Komandan Xalq-Ordu birliyi" mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyulub.

Mövzu ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktor vəzifəsinin icraçısı Xosrov Musayev məruzə edib.

Bildirib ki, Azərbaycan tarixində bir çox şərəfli anlar olub, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır".

Mövzu ətrafında qrup üzvlərindən rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, İcra hakimiyyəti aparatında Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov çıxış ediblər.

Tədbirin yekununda Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin 3-cü kurs tələbəsi Əli Əzizli "Gözün aydın, Azərbaycan" şeirini səsləndirib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN