Bu gün Ukraynada başladılan müharibənin 49-cu günüdür.

Bu dəhşətli müharibədən - Ukraynaya hücumdan 2 gün əvvəl  Rusiya Prezidenti Vladimir Putin qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nın (LXR) müstəqilliklərini tanıdı, fevralın 24-dən isı Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara start verib.

Rusiya yalnız hərbi obyektlərə atəş açdlğını bildirsə də, xəstəxanaların – tibb mərkəzlərinin də atəşə tutulduğu barədə xəbərlər gəlməkdədir.

Qeyd edək ki, BMT- Ukraynada başladılan müharibə nəticəsində -  1892 nəfər mülki vətəndaşın həyatını itirdiyini, 2558  mülki şəxsin yaralandığını, 4 milyon 615 min 830 nəfərin ölkəsini tərk etmək – məcburi köçkünə çevrilmək məcburiyyətində (24 fevral – 11 aprel arası) qaldığını açıqlayıb.

Artıq ÜST də bəyanat yayaraq, Ukraynada baş verənlərə etirazını bildirib.

BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin sözçüsü Bhanu Bhatnagar  qeyd edib ki, tibb mәrkәzlәrinә edilәn hücumlar nәticәsindә indiyәdәk azı 73 nәfәr ölüb, 51 nәfәr dә yaralanıb. O, Ukraynaya 216 ton təcili və tibbi ləvazimat göndərdiklərini, bəzi xəstəxanaları isə generator və  təcili yardım maşınları ilə təmin edəcəklərini bildirib.

Xatırladaq ki, Ukraynadakı müharibəyə görə, Aİ ölkələri, ABŞ Rusiyanı sanksiyalarla cəzalandırmağa çalışır. Bu müharibə, təkcə Ukraynaya deyil, bütün dünya iqtisadiyyatına zərər verməkdə davam edir. Tərəflər arasında dəfələrlə görüş keçirilməsinə baxmayaraq, razılıq əldə olunmayıb və  Rusiya qoşunlarını Ukraynadan çıxarmağa tələsmir…

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN