Yol patrul xidməti əməkdaşlarının yol hərəkəti iştirakçıları ilə münasibətlərinin və xüsusi vasitələrdən istifadənin tənzimlənməsi qaydası haqqında Əsasnaməyə müvafiq dəyişiklik və əlavələr edilib.

 Bu barədə Özbəkistanın Nazirlər Kabineti ötən gün qərar qəbul edib.

Xüsusilə, yol polisi əməkdaşlarının hərəkət iştirakçıları ilə münasibətlərinin və xüsusi vasitələrdən istifadənin tənzimlənməsi qaydası haqqında müddəaların 19-cu maddəsinə əlavə edilib.

 Belə ki, Özbəkistanda bundan sonra yol hərəkəti iştirakçıları vəzifələrini icra edən DPX əməkdaşları ilə bağlı foto və videoları internetdə yerləşdirə bilməyəcəklər.

 Xatırladaq ki, Azərbaycanda da son illər yol polisi əməkdaşlarının foto və videolarını, aralarında baş verən söhbəti çəkib sosial mediada paylaşanlar az olmur. Hətta bəzilərinin bunu şantaj məqsədi ilə etdiyi də məlumdur. Qanunla bu, qadağan da edilməyib. Bəzilərinin fikrincə, polis əməkdaşlarının foto və videosunu çəkmək olmaz, hətta konstitusiyanın 32-ci maddəsindən (şəxsi toxunulmazlıq hüququ – şəxsi həyat) sitat gətirənlər də var.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu barədə mətbuata açıqlamasında bildirib ki, yol polisi əməkdaşlarının videosunu qeydə almaqda heç bir qeyri-qanuni fəaliyyət yoxdur. O, bildirib ki, polisin xidmət vaxtı çəkilməsi heç bir halda şəxsi həyat deyil. Bu, artıq ictimai fəaliyyətdir.

 Qeyd edək ki, yol -patrul xidməti əməkdaşları qayda pozan avtomobili saxladığı andan etibarən, onların avtomobilində quraşdırılan kameralar vasitəsilə çəkiliş aparılır. Bu, təlimatda da qeyd olunub. Və bu kamera görüntüləri sürücü və yol polisi əməkdaşı arasında hər hansı bir insident yaşandıqda, yaxud tərəflərdən biri şikayətçi olduqda  kameranın yaddaşına qeyd edilənlər  məhkəmədə  araşdırılır.

Amma hər bir halda,  hansısa foto və ya video-sübutları sosial şəbəkələrdə müzakirəyə çıxarmaqla deyil, aidiyyəti  qurumlara təqdim etməklə lazımi nəticə əldə etmək olar.  

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN