Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, müxtəlif qoşun növlərini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb.

Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Komanda hesabında 1-ci yerdə "Quru Qoşunları" komandası, 2-ci yerdə "Hərbi polis" komandası, 3-cü yerdə isə "Təlim və Tədris Mərkəzi" komandası qərarlaşıb.

Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.

Qeyd edək ki, yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN