Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə vəfat edib.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.

Qeyd edək ki, İ.Fətizadə əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN