Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Rusiyanın 16 aprel tarixinə olan itkilərini açıqlayıb.

Məlumatda qeyd edilir ki, 2022-ci il aprelin 16-da Rusiyanın 13 hava hədəfi məhv edilib - 1 təyyarə, 1 helikopter,  5 PUA..., 6 qanadlı raketlər.

Xatırladaq ki, Rusiya fevralın 24-də “xüsusi əməliyyat” adı altında Ukraynaya hücum edib. Artıq 53 gündür ki, Ukrayna və Rusiya arasında müharibə gedir. Ukraynanın şəhərləri və kəndləri dağıdılıb, 5 milyonadək vətəndaşı vətənindən didərgin düşərək başqa ölkələrə köç ediblər. Minlərlə mülki vətəndaş həlak olub və yaralanıb. Ölkəyə külli miqdarda zərər dəyib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 16-na olan məlumata görə, bu müddət ərzində Rusiyanın 163 təyyarəsi, 145 helikopteri, 138 pilotsuz uçuş aparatı və 20,1 minə yaxın hərbçisi məhv edilib.

Ötən gün Volodimir Zelenski də etiraf edib ki, müharibədə 3 minədək hərbçi itiriblər, həmçinin 10 min yaralı da var ki, onların neçəsinin sağ qalacağı məlum deyil...

Qeyd edək ki, indiyədək hər iki tərəfin nümayəndə heyətlərinin bir araya gəlməsinə baxmayaraq, hələ ki, müharibəni dayandırmaq mümkün olmayıb. Rusiya qoşunlarını geri çəkməyə tələsmir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN