Dövlətin səhiyyə sisteminə xüsusi diqqət yetirməsinə, ölkə başçısının öz çıxışlarında Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə qaldırılmasının son dərəcə vacib olduğunu vurğulamsına və bu sahədə konkret addımların atılmasına göstərişlər verməsinə baxmayaraq, çox təəssüf ki, bəzən kadrların yerində olmaması müsbət təşəbbüslərin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır.

Belə ki, son vaxtlar ana və uşaq ölümlərinin, xəstə uşaqların doğulmasının sayı artmaqda davam edir. Demək olar ki, ana və uşaq ölümü, xəstə uşaq doğumu artıq adi hala çevrilib. Lakin təəssüf ki, bunların qarşısını almaq müşkül məsələyə çevrilib. İstər ana və uşaq ölümlərinə, istərsə də xəstə uşaqların doğulmasına müxtəlif səbəblər göstərilsə də, əsas səbəb həkim məsuliyyətsizliyi, həkim laqeydliyi və həkim savadsızlığıdır.

Ancaq bu dəfə toxunacağımız mövzu Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində idarəçiliyin aşağı səviyyədə olması, həkimlərin anoloji fəaliyyəti ilə bağlıdır.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Vətəndaş sözügedən tibb müəssisəsində körpə baxıcısı olan Gülmirə adlı həkimin onlardan pul aldığını iddia edir: "Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evindən uşaq çıxarmalıyıq. Körpəyə baxan Gülmirə həkim 10 manat üçün qapıya gəldi və dedi ki, pul vermədiyimiz üçün nə uşaq buraxılacaq, nə də iynəsi vurulacaq. Baş həkimə deyirəm, o da deyir ki, bu gün təyin olunmuşam. Bu da 10 manata satılmış səhiyyəmiz".

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evindən səslənən iddialarla bağlı bildirilib ki, deyilənlər tamamilə əsassızdır: "Qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Fərmanova Əminə Mübariz qızı 11 aprel saat 20:00-da Bərdə Doğum Mərkəzində təbii yolla ana olub. 13 aprel tarixində 3-cü sutkası tamam olmadığı və buna görə peyvəndləri vurulmadığı üçün onun xəstəxanadan çıxışına icazə verilməyib. Buna baxmayaraq, xəstə qohumları peyvənddən imtina yazaraq ana və yeni doğulmuş körpəni xəstəxanadan kafi vəziyyətdə çıxarıblar".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN