Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, xarici xüsusi xidmət orqanlarının maraq dairələri və istəkləri üzə çıxıb.

Gürcüstan KİV-nin məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci il hesabatında qeyd olunub. Sözügedən hesabata əsasən, DTX ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları, onlarla əlaqəli və bu proseslərdə iştirak edən qüvvələrin Gürcüstana qarşı düşmənçilik və dağıdıcı hərəkətlərini, təxribat xarakterli hərəkətlərini və planlarını fəal şəkildə aşkar etməkdə davam edib. Onların kəşfiyyat fəaliyyətinin üsul və formalarını üzə çıxarmaq məqsədilə qanunla nəzərdə tutulmuş əks-kəşfiyyat tədbirləri fəal şəkildə həyata keçirilib.

Qeyd olunub ki, pərdə altında fəaliyyət göstərən xarici dövlətlərin xüsusi xidmət orqanlarının nümayəndələri, habelə onlarla əlaqəsi ola biləcək şəxslər və qruplar müəyyən edilib, onların fəaliyyəti öyrənilib və məhdudlaşdırılıb.

Bu fəaliyyətlər nəticəsində Gürcüstanda diplomatik rütbədə fəaliyyət göstərən və onlarla əlaqədə olan şəxslər ölkəni tərk edib, bəzilərinin isə ölkəyə girişi məhdudlaşdırılıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN