Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gürcüstan Parlamentinin 9 nəfərlik nümayəndə heyəti Ukraynaya səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Nümayəndə heyətinin tərkibinə parlamentin çoxluq üzvü Beka Odişariya, üç vitse-spiker - Davit Sergeenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin müxtəlif siyasi qrupların deputatları: Vaxtanq Meqrelişvili, Ana Natsvlişvili, Xatuna Samnidze və Giorgi Xocevanişvili daxil idi.

Onlar bu səfərin məqsədinin Gürcüstan tərəfinin Ukrayna xalqına göstərdiyi həmrəyliyi ifadə etmək və mövcud anlaşılmazlıqları aradan qaldırmaq olduğunu bəyan etmişdilər.

Səfərdən qayıtdıqdan sonra parlamentin sədri Şalva Papuaşvili isə jurnalistlərə müsahibəsi zamanı "Ukraynaya səfərimiz zamanı Vahid Milli Hərəkat və Mixeil Saakaşvili məsələsi heç bir şəkildə müzakirə olunmadı” açıqlamasını verdi.

Gürcüstan mətbuatının məlumatına görə, bu gün isə "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze jurnalistlərin "VMH nümayəndə heyəti Ukraynada Zelenski də daxil olmaqla yüksək rütbəli rəsmilərlə görüşsə, bu zaman sizin reaksiyanız necə olacaq" sualına belə cavab verib:

 “Əgər Milli Hərəkatın nümayəndə heyəti ilə görüşsə bu, münasibətlərimizi yeniləmək üçün əks-addım olacaq. Ona görə də ümid edirik ki, bu baş verməyəcək. Əgər bu baş versə, təbii ki, bu zaman belə bir şeyin ölkələr arasında münasibətlərə heç bir faydası olmayacaq", - deyə Zelenskiyə ismarıc göndərib.

Xatırladaq ki, bir müddət idi ki, iki ölkə arasında həm Saakaşviliyə görə, həm də Ukrayna tərəfin "rusiyalıların sanksiyaya məruz qalan mallarını qaçaqmalçılıq yolu ilə Gürcüstan ərazisindən keçirilməsi üçün kanallar yaratması" iddiasına görə soyuqluq yaranmışdı.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN