Ukrayna Silahlı Qüvvələri 20 900-ə yaxın Rusiya hərbçisini məhv edib.

Rusiya tərəfin aprelin 20-nə olan itkilərinin statistikasını Ukrayna SQ Baş Qərargahının mətbuat mərkəzi rəsmi Facebook səhifəsində paylaşıb.

Beləliklə, Rusiyanın aprelin 20-dək olan itkilərinin sayı:

    Hərbçi - təxminən 20,900 nəfər;

    tanklar - 815 ədəd;

    zirehli döyüş maşınları - 2087 ədəd;

    artilleriya sistemləri - 391 ədəd;

    MLRS - 136 ədəd;

    hava hücumundan müdafiə sistemləri - 67 ədəd;

    təyyarə - 171 ədəd;

    helikopterlər - 150 ədəd;

    avtomobil avadanlığı - 1504 ədəd;

    gəmilər / qayıqlar - 8 ədəd;

    yanacaq və sürtkü yağları olan çənlər - 76 ədəd;

    əməliyyat-taktiki səviyyəli PUA-lar - 165 ədəd;

    xüsusi avadanlıq - 27 ədəd;

    işə salma qurğuları OTRK / TRK - 4 ədəd.

Bütün məlumatlar müxtəlif istiqamətlərdə döyüşlərin yüksək intensivliyi səbəbindən dəqiqləşdirilir. Son statistik rəqəmləri əvvəlki günün məlumatları ilə müqayisə etsək, belə bir mənzərə alınır:

Ukraynalılar 100 rusiyalı hərbçini, 13 tankı, 5 artilleriya sistemini, 4 MLRS-ni, 2 qırıcını və s. məhv edib

Xatırladaq ki, hazırda Donbassda müharibənin ikinci mərhələsi gedir. Rusiyanın Ukraynanın şərq istiqamətindən hücumları gücləndirdiyi bildirilir.

Həmçinin ABŞ-ın hesablamalarına görə, ötən həftənin sonundan etibarən Rusiya Ukraynanın şərqində və cənubunda öz qüvvələrinə daha 11 batalyon taktiki qrupları (BTQ) əlavə edərək, Rusiya BTQ-lərinin ümumi sayını 76-ya çatdırıb.

NATO da Ukraynadakı müharibənin ikinci mərhələsinin şərq və cənubda cəmləşəcəyinə, daha geniş cəbhəyə malik olacağına və daha qanlı olacağını hesab edir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN