Rumıniya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Moldova polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Rumıniyanın bir sıra əyalətləri və Moldova Respublikasının vilayətlərinin ərazisində qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinən 50-yə yaxın şəxs saxlanılıb.

Rumıniya daxili işlər orqanları xəbər verir ki, iki dövlətin hüquq-mühafizə orqanlarının əməkdaşları Şimali Afrika və Yaxın Şərqdən insanların Aİ ölkələrinə daşınması üçün yaxşı qurulmuş cinayətkar şəbəkəni aradan qaldıra biliblər. Cinayətkar biznesin təşkilatçılarının qondarma “qərargahı” Buxarestdə yerləşib. Miqrantlar Rumıniyaya 6-10 nəfərlik kiçik qruplar şəklində, adam başına 5000-8000 avro arasında pul müqabilində gətirilirdi. Onların əsas məqsədi Avstriya və Almaniya çatmaq olub.

Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN