“Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun qarşısının alınması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib”.

UNİAN iformasiya agentliyinin məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumatda bildirilib ki, 21 aprel günü Ukraynanın hava hücumundan müdafiəsi üçün həqiqətən də məhsuldar gündür. Çünki bir anda Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini - 9 PUA-sını ("Orlan-10"), 3 təyyarəsini ("Su-34", "Su-35", "Su-25") və 3 helikopterini (2 "Mi-8" və bir "Ka-52") məhv edib. Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN