Kuril adaları həmişə Rusiyanın maraq dairəsində olub...

Artıq Yaponiya bir müddətdir ki, bu məsələni ciddi müzakirə predmeti etməkdə idi. Nəhayət, 2003-cü ildən bəri ilk dəfə olaraq şimal hissəsini işğal olunmuş kimi göstərib. CNN-Türk-ün məlumatına görə, bu barədə Kyodo agentliyinə istinadən xəbər verir ki, Kuril adalarının cənub hissəsi “Diplomatiyanın Mavi Kitabında” Rusiya tərəfindən qanunsuz işğal olunmuş kimi qeyd olunub. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi hökumətin illik hesabatında da məlumat yayımlanıb. 2011-ci ildən bəri ilk dəfə olaraq, bu ilki Mavi Kitabda adaların "Yaponiya ərazisi" olduğu da yer alıb.

Rusiya XİN-nin isə hələki bu məsələyə reaksiyası yoxdur, amma gözləniləndir. Çünki Rusiya son 30 ildə, yəni SSRİ dağılandan sonra onun varisi kimi çıxış edir və müstəqil yaşamaq istəyən ölkələri özünə tabe etdirməkdən əl çəkmir. Amma Ukrayna dərsi göztərdi ki, artıq bışaq boğaza dirənib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN