Rusiya Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

Hadisə aprelin 21-də baş verib. Əvvəlcə yanğın zamanı 6 nəfərin həlak olduğu, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Tver şəhərində yerləşən institutun binasında yanğından sonra aparılan xilasetmə işləri zamanı daha 5 nəfərin meyiti aşkar edilib. Yanğın elektrik naqillərində qısaqapanma səbəbindən baş verib.

Qəza ilə bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutu 2014-cü ildə yaradılıb. Burada Rusiya kosmik hava müdafiəsi, hərbi kosmik fəaliyyəti, eləcə də MDB ölkələrinin birləşmiş hava hücumuna qarşı müdafiə sistemi ilə əlaqədar tədqiqatlar aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN