Ukraynanın şərqində “Vostok” əməliyyat-taktiki qrupunun döyüşçüləri sutka ərzində düşmənin 160-a qədər canlı qüvvəsini və texnikasını məhv edib.

Bu barədə “Ukrainskaya pravda” BQƏ-nın “Vostok” əməliyyat-taktiki qrupuna istinadən məlumat yayıb.

SİYAHI:

160-a qədər hərbçi,     tanklar – 3,  BTR – 1,  BMP – 4,  ATT – 12,   artilleriya sistemləri – 2,  zenit qurğusu – 1, İHA – 2.

 Qeyd edilir ki, gün ərzində “Vostok” qruplaşmasının cavabdehliyində olan zonada rus qoşunları 3 dəfə hücum əməliyyyatı həyata keçirib, həmçinin raket və hava zərbələrini, ağır artilleriyadan atəşə tutmağa davam edib. Döyüşlər davam edir.

Daha sonra  BQƏ-nin mətbuat mərkəzi bildirib ki, bazar ertəsi Birləşmiş Qüvvələrin hərbi qulluqçuları Donetsk və Luqansk istiqamətlərində düşmənin 6 hücumunu uğurla dəf ediblər. Həmçinin, ukraynalı müdafiəçilər 4 tank, 5 artilleriya sistemi, 13 ədəd zirehli, 15 avtomobil texnikası, iki yanacaq tankerini və bir zenit qurğusunu sıradan çıxarıblar.

Hava Hücumundan Müdafiə bölmələri Ukrayna Donbas səmasında iki təyyarə və “Orlan-10”  tipli üç pilotsuz uçuş aparatını da vurub.

Xatırladaq ki, bu gün Ukraynada başladılan müharibənin 62-ci günüdür. Bu müddət ərzində Ukraynaya hücum edən Rusiya ordusundan təxminən 21.900 əsgərin öldürüldüyü açıqlanıb.

Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada isə Ukraynada cəmi 1351 rus əsgərinin öldüyünü bildirib.

Qeyd edək ki, müharibə başlayandan bəri tərəflərin nümayəndə heyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, sülhə nail olunmayıb. Bəzi ölkələrin Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar üçün bir araya gətirmək cəhdi də alınmayıb.

Müharibə göründüyü kimi, hər iki tərəf üçün böyük itkilərə səbəb olub, həmçinin hər gün bu itkilər və zərər daha da çoxalır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN